Modern.az

Obama anasına söyən prezidentlə görüşü ləğv etdi

Obama anasına söyən prezidentlə görüşü ləğv etdi

6 Sentyabr 2016, 10:59

Prezident Barak Obama fillipinli həmkarı Rodriqo Duterte ilə görüşməkdən imtina edib.

 

Modern.az saytı xəbər verir ki, bu barədə “Reuters” agentliyinə Ağ Ev yanında Milli Təhlükəsizlik Şurasının sədri Ned Prays deyib.

 

Əvəzində Obama Cənubi Koreya prezidenti Pak Kın Xe ilə görüşəcək.

 

Fillipin prezidentinin mətbuat xidməti isə açıqlıama yayayaraq, ölkə başçısının dediklərinin şəxsi təhqir kimi qəbul olunmasından təəssüflərini ifadə ediblər.

 

Duqarte amerikalı həmkarına Fillipində məhkəmədənkənar edamlar və narkocinayətlər haqda məsələni qaldırmazdan qabaq iki dəfə fikirləşməyi məsləhət görmüşdü.

 

“O özünü kim hesab edir? Mən Amerika marionetkası deyiləm. Mən suveren dövlətin prezidentiyəm və Fillippin xalqı qarşısında cavabdehəm. Fahişə oğlu. Səni lənətləyəcəm”.

 

 

Vüqar İSMAYILOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?