Modern.az

Ən yüksək maaş alan məşqçilər - SİYAHI

Ən yüksək maaş alan məşqçilər - SİYAHI

6 Sentyabr 2016, 12:34

Dünyanın ən yüksək əmək haqqı alan məşqçilərinin adları açıqlanıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, siyahıya “Mançester Siti”in baş məşqçisi Xosep Qvardiola başçılıq edir.

Onun illik maaşı 15,3 milyon funt sterlinqdir. İkinci sırada Münhenin “Bavariya” klubunun baş məşqçisi Karlo Ançelottidir. Növbəti yerdə “Mançester Yunayted”i çalışdıran Joze Maurinyodur.

Siyahı belədir:

1. Xosep Qvardiola (“Mançester Siti”) - 15,3 milyon funt sterlinq

2. Karlo Ançelotti (“Bavariya”) – 12,6

3. Joze Maurinyo (“Mançester Yunayted”) – 12,3

4. Arsen Venqer (“Arsenal”) – 8,9

5. Luis Enrike (“Barselona”) – 7,2

6. Yurqen Klopp (“Liverpul”) - 7

7. Antonio Konte (“Çelsi”) – 6,6

8. Ronald Kuman (“Everton”) - 6

9. Dieqo Simeone (“Atletiko”) – 5,1

10. Zinəddin Zidan (“Real”) – 4,6

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?