Modern.az

Almaniya “İncirlik” aviabazasına sərmayə yatırmağa hazırdır

Almaniya “İncirlik” aviabazasına sərmayə yatırmağa hazırdır

6 Sentyabr 2016, 20:54

Almaniya hökuməti Türkiyənin “İncirlik” aviabazasına sərmayə yatırmağa hazırdır. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, Almaniya hökuməti bu bazaya 58 mln. avro sərmayə yatırmağı düşünür.

Almaniyanın Müdafiə Nazirliyinin məlumatına görə, qeyd olunan məbləğ  Almaniyanın “Tornado” çoxməqsədli qırıcı təyyarələri üçün aerodromun, hərbçilərin yerləşdirilməsi üçün obyektlərin tikintisinə və müasir səyyar komanda məntəqəsinin yaradılmasına yönələcək. 

Məlumatda həmçinin, Almaniya hərbçiləri üçün sərmayənin ayrılmasının zəruriliyi vurğulanır. Belə ki, Bundesver ilin əvvəlindən start götürmüş missiya dövründə təyyarələrini ABŞ kontingentinə məxsus meydançalarda, hərbçilərini isə müvəqqəti kazarmalarda yerləşdirib. Bundan başqa, Almaniya təyyarələri kəşfiyyat uçuşları zamanı müttəfiqlərin texniki dəstəyindən yararlanıb.     

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?