Suriyada "Fərat Qalxanı" adı altında İŞİD-ə qarşı aparılan hərbi əməliyyatlar davam etdirilir. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, əməliyyatların 14-cü günündə raket zərbələri nəticəsində 2 türk əsgəri ölüb, 5-i yaralanıb.
Türkiyə Baş Qərargahının yaydığı bəyanatda bildirilir ki, ötən sutka ərzində terrorçuların mövqelərinə 15 artilleriya zərbəsi endirilib, 44 hədəf məhv edilib.
Modern.az