Türkiyənin Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirdaş Diyarbəkir Baş Prokurorluğuna çağırılıb. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, Dəmirdaş “terror qruplaşmasına üzv olmaq” maddəsi ilə təqsirli bilinir.
Hazırda partiya sədrinin ifadəsinin alınacağı bildirilir.
Bundan əlavə, HDP-nin Diyarbəkirdən seçilən Nursel Aydoğan da prokurorluğa dəvət olunub.
Modern.az