Amerika ordusunun ehtiyatda olan 90-a yaxın general və admiralı Donlad Trampı dəstəkləyən məktub dərc ediblər.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hərbçilər ölkənin müasir siyasi sistemindən yorulduqlarını və silahlı qüvvələrin sarsılmış nüfuzunu bərpa etmək üçün Tramp kimi şəxsin prezident seçilməsini dəstəklədiklərini deyib.
“Ötən 8 ildə ABŞ ordusu pis düşünülmüş büdcə kəsintilərinə məruz qalıb. Ona görə bu gün ordu vacib missiyaları reallaşdırmaq üçün xeyli zəifləyib”.
Ehtiyatda olan generalla seçkilərdə Donald Trampa səs verəcəklərini deyiblər.
Modern.az