Vergilər Nazirliyi 2016-cı ilin 8 ayı ərzində büdcəyə daxil olan verginin məbləğini açıqlayıb.
Nazirliyin Analitik-informasiya şöbəsindən Modern.az-a verilən məlumata görə, bu ilin yanvar-avqust ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4 milyard 351 milyon 970 min manat vəsait daxil olub.
Proqnoz tapşırığına 100,3 faiz əməl edilib.
Hesabat dövründə 75806 vergi ödəyicisi qeydiyyata alınıb.
Gülşən RAUFQIZI