Modern.az

Şimali Koreya nüvə sınağı keçirdi, 5,3 bal gücündə zəlzələ oldu

Şimali Koreya nüvə sınağı keçirdi, 5,3 bal gücündə zəlzələ oldu

Dünya

9 Sentyabr 2016, 10:16

Şimali Koreya növbəti nüvə sınağı keçirib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, nüvə sınağının keçirildiyi poliqonda 4,8-5,3 bal gücündə zəlzələ meydana gəlib.

 

Amerika Geologiya Xidməti zəlzələnin Rusiyanın Primorya diyarında da hiss olunduğunu bildirib.

 

Cənubi Koreya prezidenti Pak Kın Xe və Yaponiya hökumətinin rəsmi nümayəndəsi Yesixide Suqa baş verənləri Şimali Koreya rəhbərinin “manyakal dəliliyi” adlandırıb.

 

Rəsmi Pxenyan isə nüvə sınaqlarının uğurla keçdiyi barədə açıqlama yayıb.

 

Vüqar İSMAYILOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?