Modern.az

Suriyada 3 türk əsgəri şəhid olub

Suriyada 3 türk əsgəri şəhid olub

9 Sentyabr 2016, 20:46

Suriyanın şimalında Türkiyə ordusuna məxsus tank vurulub. Modern.az saytı  xəbər verir ki, APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat verib.

 

"Azad Suriya Ordusu ilə İŞİD terror qruplaşması arasında baş verən toqquşmalarda tankın vurulması nəticəsində 3 əsgər həlak olub, 1-i yaralanıb”, məlumatda deyilir.

 

Qeyd edək ki, “Azad Suriya Ordusu” Türkiyə Silahlı Qüvvələrinin köməyi ilə avqustun 24-dən Suriyanın şimalında İŞİD silahlılarına qarşı əməliyyata başlayıb.

 

Modern.az

Sizə yeni x var
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?