Modern.az

Azay Quliyevdən etiraz

Azay Quliyevdən etiraz

Qarabağ

9 Fevral 2011, 15:40

QHT-lərin məcburi auditə cəlb olunması arzuolunan deyil

“İnzibati Xətalar Məcəlləsinə təklif olunan, QHT-lərin də məcburi auditə cəlb olunmasını nəzərdə tutan əlavə və dəyişikliklər Milli Məclisin 11 fevral iclasının gündəliyindən çıxarıla, müzakirə edilməyə bilər”.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev “Media forum” saytına açıqlamasında belə deyib.

Deputatın sözlərinə görə, layihəyə Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu və iqtisadi siyasət komitələrinin birgə iclasında baxılanda qərara alınıb ki, məsələ qanunvericilik təşəbbüskarı olan Prezident Administrasiyası ilə müzakirə olunsun: “Həmin gündən məsələnin daha geniş müzakirəsinə nail olduq. Həm Prezident Administrasiyasında, həm Auditorlar Palatasında, həm də Mili Məclisin komitə rəhbərləri ilə məsələni müzakirə etdik. Biz mövqeyimizdə qalırıq və hesab edirik ki, hazırda QHT-lərin məcburi auditə cəlb olunması arzuolunan deyil. Çünki QHT-lərin imkanları, maddi durumu, resursları məcburi qaydada auditə cəlb olunmasına yetmir.

Heç bir donor qrant layihələrinə auditlə bağlı maddənin salınmasını və auditə maliyyə ayrılmasını dəstəkləmir. Mən hələ 5-3 min manatlıq layihələri bir tərəfə qoyuram, hətta 100-200 min manatlıq qrant vəsaitlərinin məcburi auditə cəlb olunması ciddi problemlər yaradır. QHT-lərin məcburi qaydada auditə cəlb olunması üçün maliyyə mənbəyi yoxdur və bunu həyata keçirmək mümkün deyil.

İnzibati Xətalar Məcəlləsinə təklif olunan əlavə və dəyişikliklər bu formada qəbul olunsa iki ciddi problem yaranacaq. Birincisi, QHT-lərin məcburi auditə cəlb olunması üçün maliyyə vəsaitləri olmayacaq. İkincisi, QHT məcburi auditdən keçməyəcəksə, sanksiyalara məruz qalacaq və 2500 manatadək cərimə olunacaq. Hesab edirəm ki, bu, dövlətin QHT sektoruna yönələn siyasətinə ziddir. QHT-lər məcburi qaydada auditə cəlb olunan təşkilatların siyahısından çıxarılmalıdır”.

Azay Quliyev bildirib ki, QHT-lər audit məsələsini könüllü formada həll etməlidir: “Hansısa təşkilatın bunun üçün maliyyə imkanı varsa və kimsə təşkilatını auditə cəlb etmək istəyirsə, bunu öz istəyi ilə edə bilər. QHT-lər hər il müxtəlif dövlət qurumlarına hesabatlar verirlər. Hesabat verilən qurumlar arasında Vergilər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Mailiyə Nazirliyi var. Bu hesabatlar QHT-lərin fəaliyyəti ilə bağlı şəffaflığı təmin etməyə, görülən işlər barədə dövlət qurumlarını məlumatlandırmağa imkan verir. Hazırda belə hesabatları verməyən QHT-lərə ciddi sanksiya tətbiq olunur, onlar maliyyə cəriməsinə məhkum edilirlər. Biz bunu anlayışla qarşılayırıq. QHT-lər belə hesabatlar verməkdən çəkinməməlidirlər. Çünki bunun üçün maliyyə tələb olunmur, iradə və istək olmalıdır. Amma audit fərqlidir və mailiyə tələb edir”.

Deputat deyib ki, müzakirə apardığı rəsmilər məcburi auditin QHT-lərə şamil olunmamasının vacibliyini qəbul ediblər: “Məndə belə təəssürat var ki, bu məsələ QHT-lərin xeyrinə həll olunacaq. Amma hələlik son qərar yoxdur. Hesab edirəm ki, bu məsələdə QHT-lərin maraqları mütləq qorunmalıdır”.

Şura sədrinin fikrincə, əlavə və dəyişikliklər qəbul olunacağı halda məsələnin həlli yollarından biri Nazirlər Kabinetinin 2007-ci ildə qəbul etdiyi və mərhələlərlə məcburi qaydada auditə cəlb olunmanı nəzərdə tutan qərara dəyişiklik edilməsidir: “Nazirlər Kabinetinin həmin qərarına əsasən, fondlar 2009-cu ilin yanvarın 1-dən, QHT-lər isə 2010-cu ilin yanvarın 1-dən məcburi auditə keçməlidir. Hesab edirəm ki, Nazirlər Kabinetinin bu qərarını dəyişməklə məsələni müsbət formada həll etmək olar”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...