Modern.az

Lavrovla Kerri 12 saatdan artıqdır müzakirə aparır

Lavrovla Kerri 12 saatdan artıqdır müzakirə aparır

10 Sentyabr 2016, 00:31

Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Con Kerri arasında keçirilən görüş artıq 12 saatdan artıqdır ki, davam edir.  Modern.az saytı xəbər verir ki, 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Suriya böhranı üzrə danışıqlar Cenevrədə “President Wilson” hotelində aparılır.

 

Sentyabrın 8-də Cenevrəyə gələn S.Lavrov burada BMT baş katibinin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura ilə görüşüb.

 

Lavrovun Kerri ilə görüşü isə sentyabrın 9-u, yerli vaxtla saat 09:30-da başlayıb.

 

Qeyd edək ki, bundan əvvəl ABŞ Dövlət Departamentinin nümayəndəsi Suriya ilə bağlı danışıqlarda irəliləyiş əldə olunduğunu bildirib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi