Modern.az

Lavrov jurnalistlərə pizza və araq qonaqlığı verdi - VİDEO

Lavrov jurnalistlərə pizza və araq qonaqlığı verdi - VİDEO

10 Sentyabr 2016, 13:52

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın dövlət katibi Con Kerri ilə Cenevredə keçirdiyi danışıqların nəticələri ilə bağlı açıqlama verilməsini 13 saatdan çox gözləyən jurnalistlərə qonaqlıq verməyi qərara alıb.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, Lavrov digər diplomatlarla birgə KİV əməkdaşlarına 6 qutuda pizza və bir bağlamada bir neçə şüşə araq gətirib.

 

Rusiya xarici siyasət idarəsinin başçısı qeyd edib ki, pizza ABŞ, spirtli içki Rusiya nümayəndə heyətindəndir.

Sergey Lavrovla Con Kerri Cenevredə Suriyadakı vəziyyətin nizamlanması ilə bağlı danışıqlar aparıblar. Müzakirələr 13 saatdan çox çəkib.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi