BMT dünyada ən təhlükəli heyvanların siyahısını hazırlayıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, onların əksəriyyəti ölümcül xəstəlik yoluxdurmaq iqtidarındadırlar.
Birinci yerdə ağcaqanadlardır. Bu həşəratın sancmasından ildə 750 minə yaxın adam ölür. Ağcaqanadlar ölümcül xəstəliklərin daşıyıcıları olduqları üçün təhlükəlidirlər.
İkinci sırada insan özüdür. Adamların günahı ucbatından hər il 437 min adam həlak olur. İnsanlar üçün üçün ən təhlükəli ilanlar hesab olunur. Onların qurbanına 100 min adam çevrilir.
İtlər dördüncü yerdədir. Bu heyvanlara görə ildə 35 min adam ölür.
Təhlükəlilər siyahısına sirin su ilbizi də düşüb. Onların günahı üzündən ildə 20 min adam həyatdan gedir.
Sonrakı yerdə taxtabitilər (Şaqasa xəstəliyi mikrobunun törədicisidir) və sese milçəyi (ensefalit letargiya yaradır) gəlir. Birincinin ucbatəndan ildə 12 min, ikincidən 10 min adam həyatını itirir.
Askaridlər ildə 4500, timsahlar min, lentşəkilli qurdlar 700 adamı öldürə bilirlər.
Dünyadakı təhlükəli heyvanlar sırasına begemotlar, fillər, aslanlar, canavarlar və köpək balığı da düşüb.
Modern.az