"Əl Qaidə və İŞİD kimi terror təşkilatlarına qarşı fasiləsiz mübarizə aparırıq. Ölkəmizin təhlükəsizliyi üçün onları məhv edəcəyik". Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obamanın 2001-ci ilin 11 sentyabr hadisələrinin 15-ci ildönümü münasibətilə yayılan bəyanatında yer alıb.
Ağ Evdən yayılan yazılı açıqlamada Barak Obamanın ABŞ-da 11 sentyabr hadisələrində dünyasını dəyişənlərin sayğı ilə anması vurğulanıb.
Ötən 15 ildə çox şeyin dəyişdiyini qeyd edən Obama "11 sentyabr hücumlarını təşkil edən Əl Qaidə liderinin məhv olunduğunu bildirib: "Terrorçuların yeganə məqsədi Amerika dəyərlərini məhv etməkdir. Amma Bizi bölməyə çalışanlara əsla təslim olmayacağıq. Terrorçulara qarşı mübarizəni davam etdirəcəyik".
Modern.az