Modern.az

Belarusda parlament seçkiləri keçirilir

Belarusda parlament seçkiləri keçirilir

11 Sentyabr 2016, 10:41

Sentyabrın 11-də Belarusda altıncı çağırış Milli Məclisin Nümayəndələr Palatasına seçkilər keçirilir.

Modern.az xarici kİV-ə istinadən xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 8:00-da açılıb və 20:00-a qədər işini davam etdirəcək. Lakin hərbi hissələrdə, sanatoriyalarda, profilaktoriyalarda, istirahət evlərində, xəstəxanalarda və tibbi yardımı stasionar şəraitdə təmin edən digər səhiyyə təşkilatlarında seçici siyahısına daxil olan vətəndaşlar səs verdiyi halda, məntəqə komissiyaları səsverməni saat 20.00-dan da əvvəl bitmiş elan edə bilər.

Belarus Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi üzrə qısamüddətli və uzunmüddətli monitorinqin keçirilməsinə dair MDB Parlamentlərarası Assambleyasının beynəlxalq müşahidəçilər qrupu formalaşdırılıb. Onu tərkibi Azərbaycan da daxil olmaqla, yeddi ölkəni təmsil edən 40-dan çox beynəlxalq müşahidəçidən ibarətdir. Müşahidəçilər arasında deputatlar, ali qanunverici orqanların nümayəndələri, eləcə də MDB Parlamentlərarası Assambleyası Şurası Katibliyinin əməkdaşları və digər ekspertlər var.

MDB Parlamentlərarası Assambleyasının müşahidəçiləri Birlik missiyasının tərkibində fəaliyyət göstərirlər. Bu gün onlar fərdi marşrutlara uyğun olaraq, Minsk, Qrodno, Brest, Vitebsk və Mogilev vilayətlərində, eləcə də xarici seçki məntəqələrində, o cümlədən Bakıda seçkiləri müşahidə edəcəklər.

Belarus ərazisindəki bütün seçki məntəqələrində gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb. Erkən səsvermə zamanı seçki məntəqələrində ictimai asayişin pozulmasına dair heç bir pozuntu qeydə alınmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi