Modern.az

Türkiyədə 28 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb

Türkiyədə 28 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb

11 Sentyabr 2016, 11:22

Türkiyədə PKK və Fətullahçı Terror Təşkilatına (FETÖ) yardım etməkdə şübhəli bilinən, aparılan istintaq tədbirləri çərçivəsində vəzifədən uzaqlaşdırılan 28 bələdiyyə sədrinin yerinə 28 nəfər təyin edilib.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bununla bağlı Türkiyə Daxili İşlər Nazirliyinin qanun hökmündə qərarı bu gün dərc olunub.

 

Bələdiyyə sədrini əvəzinə təyin edilən vali müavinləri və icra nümayəndələri bu gün saat 9:00-dan vəzifələrinin icrasına başlayıblar. Verilən qərara əsasən Batman və Hakkari bölgələrinin 24 qəsəbəsinin və 2 yaşayış məntəqəsinin vəzifədən əvəz edilən bələdiyyə sədrləri vali müavinləri və icra nümayəndələri ilə əvəzləniblər.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi