Modern.az

Almaniyada gəmi körpü ilə toqquşub: Ölən var

Almaniyada gəmi körpü ilə toqquşub: Ölən var

11 Sentyabr 2016, 21:03

Almaniyada sərnişin gəmisi  körpü ilə toqquşub.  Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı iki ekipaj üzvü həlak olub.

Qəza sentyabrın 10-dan 11-nə keçən gecə Reyn-Mayn-Dunay kanalında qeydə alınıb.

Polisdən verilən xəbərə görə, körpü ilə toqquşma nəticəsində gəminin taxtapuşu tamamilə dağılıb.

Qeyd edək ki, Erlanqendən Budapeştə gedən gəmidə 180 sərnişin və 49 komanda üzvü olub. Onlar 4 saat kömək gözləməli olublar. Yerli vaxtla səhər saat 6-da gəmidəkilərin hamısı sahilə gətirilib.

 

Xilasetmə əməliyyatına 600-dən çox adam cəlb olunub. Qəzanın səbəbi aydınlaşdırılır.

 

Modern.az

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!