Türkiyə Silahlı Qüvvələri İraq sərhədində PKK terrorçularına qarşı daha bir uğurlu əməliyyat keçirib. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat nəticəsində bir təyyarə əleyhinə raket, xeyli silah-sursat ələ keçirilib.
Türkiyə Baş Qərargahının əməliyyatla bağlı yaydığı məlumatda isə bildirilir ki, əməliyyat 48-ci Ordu Komandanlığı tərəfindən İraqla sərhəddə yerləşən Şırnak vilayətində həyata keçirilib.
Bundan əlavə, terrorçulara məxsus 2 sığınacağın da məhv edildiyi açıqlanıb.
Modern.az