Türkiyənin Van vilayətində törədilmiş terror aktında yaralananların sayı 48 nəfərə çatıb.
Modern.az Türkiyə agentliklərinə istinadən verdiyi məlumata görə, xəsarət alanlardan ikisi polisdir.
Polis terrorçuların tutulması üçün əməliyyata başlayıb.
***
Modern.az "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, partlayış Van vilayətinin mərkəzində, qubernatorluğun və hakim Ədalət və İnkişaf Partiyası nümayəndəliyinin binaları arasında baş verib.
Yaralıların olduğu bildirilir.
Hadisənin arxasında PKK terror təşkilatının dayandığı deyilir.
Partlayış avtomobilə yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib.
Modern.az