Modern.az

Əl-Bağdadinin məsləhətçisi öldürüldü

Əl-Bağdadinin məsləhətçisi öldürüldü

12 Sentyabr 2016, 17:02

İŞİD-ə qarşı beynəlxalq koalisiyanın İraqın şimalında həyata keçirdiyi hava əməliyyatları nəticəsində 40-a qədər İŞİD silahlısı zərərsziləşdirilib.

 

Modern.az-da TASS-a istinadən xəbər verir ki, öldürülən İŞİD üzvləri arasında terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadinin məsləhətçisi Əbu İbrahim əl-Hədidi də var.

 

Onun da olduğu avtomobil karvanına Mosul yaxınlığında havadan hücum təşkil edilib.

 

Eyni zamanda xəbər verilir ki, Mosul ətrafındakı bombardmanda İŞİD-in daha bir yüksək rütbəli şəxsi Visam İsmayıl əs-Subari də öldürülüb. Subari terrorçu-kamikadzelərin hazırlanması üçün cavabdehlik daşıyırmış.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!