Modern.az

Qaçqın şəhərin mərkəzində özünü öldürməklə hədələdi

Qaçqın şəhərin mərkəzində özünü öldürməklə hədələdi

12 Sentyabr 2016, 23:46

Berlinin mərkəzində ailəsi ilə görüşmək və televizyanın gəlməsini tələb edərək özünü öldürəcəyi ilə hədələyən yarıçılpaq qaçqını polis yaxalayıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, qanun pozucusu yarıya qədər soyunaraq  mərkəzi Aleksanderplan meydanındakı “Xalqlar dostluğu” fəvvarəsinin içinə girib.

 

Şahidlərin bildirdiyinə görə, o, qırılan şüşəni əlində yellədərək öz başını kəsməklə hədələyib. Kişinin sinəsi qırmızı bir rəngə bulanıb. Hadisə yerinə 10 polis və yanğınsöndürən avtomobili gəlib. Kranın vasitəsi ilə polislər kişiyə yaxınlaşmaq istəyiblər. Bir qədər sonra onun qolunu burub

kənara çıxarmaq mümkün olub.

 

Bildirildiyinə görə Misir vətəndaşı ya ailəsi ilə görüşməyi, ya da televiziyanın gəlməsini tələb edib. Onun bu hərəkətinin səbəbi qaçqın statusu verilməsi ilə bağlı prosesin yubanması olub.

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!