Modern.az

Prezident özünə abidə qoydurdu

Prezident özünə abidə qoydurdu

13 Sentyabr 2016, 00:45

Zimbabvenin paytaxtı Harare şəhərində ölkə prezidenti Robert Muqabenin abidəsinin açılış mərasimi keçirilib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, abidənin açılışı mərasimində 92 yaşlı dövlət başçısının özü də iştirak edib.

Dördmetrlik daş abidə yerli heykəltəraş Dominik Behuroy tərəfindən hazırlanıb. Eynəkli və bığlı abidə Muqabeni təsvir edir.

Prezident özünə həsr olunmuş heykəli "gözəl sənət əsəri" adlandırıb.

Qeyd edək ki, Robert Muqabe 1980-ci ildən ölkəni fasiləsiz idarə edir.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!