Modern.az

Türkiyə raketlərlə atəşə tutuldu

Türkiyə raketlərlə atəşə tutuldu

13 Sentyabr 2016, 12:09

Türkiyənin Hatay vilayəti Suriya ərazisindən raket hücumuna məruz qalıb.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, zərbələrdən sonra vilayət ərazisində güclü partlayış olub.

 

Raket zərbəsi nəticəsində ölən və xəsarət alanlar barədə hələ məlumat verilmir.

 

Bunun ardınca Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriya ərazisində yerləşən İŞİD terror təşkilatının mövqelərinə cavab zərbələri endirilib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!