Modern.az

İsrail orbitə yeni hərbi casus peyki buraxdı

İsrail orbitə yeni hərbi casus peyki buraxdı

14 Sentyabr 2016, 00:58

İsrail hərbi-hava bazalarının birindən orbitə yeni hərbi casus peyki buraxıb. Modern.az saytı xəbər verir ki,  APA-nın məlumatına görə, bunu yerli “İkinci kanal” telekanalı bildirib.

 

Telekanal Müdafiə Nazirliyinə istinadən “Ofek-11”-in ölkədə bu tipdə indiyədək istehsal olunmuş ən təkmilləşdirilmiş peyk olduğunu qeyd edib.

 

Məlumata görə, peyk ölkənin mərkəzi hissəsində yerləşən “Palmaxim” bazasından kosmosa buraxılıb.

 

Qeyd edək ki, iki həftə əvvəl ABŞ-da kosmodromda baş vermiş partlayış nəticəsində İsrailə məxsus “Amos-6” peyki tamamilə sıradan çıxıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!