Modern.az

Türkmənistanda prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılıb

Türkmənistanda prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılıb

14 Sentyabr 2016, 10:04

Türkmənistanda prezident seçilmək üçün nəzərdə tutulan yaş senzi ləğvinə aid qərar qəbul edilib.

Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, bu, Türkmənistan parlamentinin qəbul etdiyi yeni Konstitusiyada əksini tapıb.

Həmçinin ölkədə prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılıb.

Parlament yeni Konstitusiyanı sentyabrın 13-də yekdilliklə qəbul edib. Prezident Qurbanqulu Berdımuhəmmədov dərhal qanunu imzalayıb və sənəd qüvvəyə minib.

 2008-ci ildə qəbul edilmiş köhnə Konstitusiyaya görə, Türkmənistanda doğulmuş, bu ölkənin vətəndaşı olan, yaşı 40-dan 70-ə qədər şəxslər prezident seçilə bilərdi.

 Artıq "yaşı 70-dən yuxarı olmayan" tələbi qanundan çıxarılıb.

 

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!