Ağ Ev 2017-ci maliyyə ilində ölkəyə qəbul olunacaq qaçqınların kvotasını 30% artıraraq 110 min nəfər çatdırıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin kontingentin 40 min nəfəri Yaxın Şərq və Cənub-Şərqi Asiya, o cümlədən Suriya qaçqınları olacaq.
Amerika bu ilin 30 sentyabrına qədər ümumilikdə, 85 min qaçqın qəbul edib. 2015-ci illə müqayisədə bu kvotanın 60% artırılması deməkdir.
Vüqar İSMAYILOV