Məlum olduğu kimi, 21 iyun 2016-cı il tarixindən etibarən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün 2016-cı ildə ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğdanın tədarükünü elan etmişdi.
Modern.az saytı xəbər verir ki, nazirlik bununla bağlı əlavə məlumat yayıb.
“Əlavə olaraq bildiririk ki, hazırda buğda istehsalçılarından qəbul olunan yüksək keyfiyyətli buğdanın qiyməti bir ton üçün 270 AZN-dən 280 AZN-ə qaldırılmışdır. Həmçinin, bir daha xatırladırıq ki, buğdanın tədarükü 1 noyabr 2016-cı il tarixinədək davam edəcəkdir”,-deyə nazirlik bəyan edib.
Əlavə məlumat almaq üçün Fövqəladə Hallar Nazirliyinin www.fhn.gov.az saytına, 012-512-50-25 və 070-271-71-33 telefon nömrələrinə, habelə “112” qaynar xəttinə müraciət etmək olar.