Modern.az

Ən çox neft hasil edən ölkənin adı açıqlandı

Ən çox neft hasil edən ölkənin adı açıqlandı

İqtisadiyyat

14 Sentyabr 2016, 15:18

Səudiyyə Ərəbistanı neft hasilatına görə dünyada birinci yeri tutur.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq Neft Bazarı hesabatına görə, avqustda Səudiyyə Ərəbistanın ümumi xam neft və neft məhsulları istehsalı gündəlik orta hesabla 12,6 milyon barelə çatıb.

 

ABŞ isə gündəlik 12,2 milyon barel xam neft və neft məhsulları istehsal edir. Bu nəticə ilə Səudiyyə Ərəbistanı neft hasilatına görə ABŞ-ı üstələyib.

 

Qeyd edək ki, rəsmi Vaşinqton neft hasilatı 460 min barel azalıb. Səudiyyə Ərəbistanı isə neft hasilatını gündəlik orta hesabla 400 min barel artırıb.

 

 

Mirmahmud KAZIMOĞLU

 

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal