Modern.az

Ukrayna Donbasda atəşkəs rejiminə riayət edəcəyinə zəmanət verib

Ukrayna Donbasda atəşkəs rejiminə riayət edəcəyinə zəmanət verib

14 Sentyabr 2016, 21:52

“Ukrayna Donbasda 15 sentyabr, saat 00:00-dan etibarən atəşkəs rejiminə riayət edəcəyinə zəmanət verib”.  Modern.az saytı APA-ya istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşdən sonra Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer bəyan edib.

 

“Poroşenko ilə görüşdə Donbasda atəşkəs rejiminə nail olunmasından məmnun olduğumuzu ifadə etdik. Ukrayna Donbasda atəşkəs rejiminə əməl edəcəyinə zəmanət verdi. Güman edirəm ki, Təmas qrupunun növbəti görüşündə Donbasın bir sıra ərazilərində silahların geri çəkilməsi barədə razılığa gəlinəcək”, deyə F-V.Ştaynmayer bildirib.

 

Qeyd edək ki, qondarma  Donetsk və Luqansk xalq respublikaları sentyabrın 15-dən bölgədə “sükut rejiminə” əməl edəcəklərini bildiriblər.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!