Modern.az

ABŞ və İsrail yeni hərbi əməkdaşlıq sazişi imzalayıb

ABŞ və İsrail yeni hərbi əməkdaşlıq sazişi imzalayıb

14 Sentyabr 2016, 23:44

Bu gün ABŞ və İsrail rəsmiləri təhlükəsizlik sahəsində əməkdaşlığa dair yeni anlaşma memorandum imzalayıblar. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, imzalanma mərasimi ABŞ Dövlət Departamentinin binasında keçirilib.

 

Sənədə əsasən, 2018-ci ilin sonundan 2028-ci ilədək Amerika Birləşmiş Ştatların yəhudi dövlətinə ayırdığı yardımın ümumi məbləği $ 38 milyard dollar təşkil edəcək. Beləliklə, hər il İsrail ABŞ-dan 3,3 milyard həcmində maliyyə yardımı alacaq, əlavə 500 milyon dollar isə raket əleyhinə müdafiənin təminatına yönələcək.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!