Modern.az

Cinayətkar aləmin lideri öldürüldü

Cinayətkar aləmin lideri öldürüldü

14 Sentyabr 2016, 23:59

Estoniyada ölkədəki cinayətkar aləmin lideri sayılan Nikolay Tarankovun meyiti tapılıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, o, meşəlik ərazidə avtomobilində başına vurulan zərbə ilə öldürülüb.

 

Amma hüquq-mühafizə orqanları Tarankovun necə öldürüldüyünü açıqlamayıblar. Anonim mənbə bildirib ki, Tarankovun öldürülməsi gözlənilməz deyildi. Onun sözlərinə görə, cinayətkar aləmin rəhbərinin mövqeyi son zamanlar zəifləmişdi və kimsə bundan yararlanmaq qərarına gəlib.

63 yaşlı Tarankov Mogilyovda anadan olub, Estoniyaya 1973-cü ildə gəlib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!