Filippindən olan keçmiş muzdlu qatil deyib ki, ölkənin indiki prezidenti Rodriqo Duterte Davao şəhərinin meri olanda cinayətkarları və opponentlərini məhkəməsiz öldürməyi əmr edib.
Modern.az xarici mediaya istinadən verdiyi xəbərə görə, Senatda məhkəmədən kənar həyata keçirilən divan tutmalarla bağlı dinləmələrdə Edqar Matobato deyib ki, Dutertenin onu və digər muzdlu qatilləri bu cür cinayətləri törətmək üçün şəxsən təlimatlandırıb.
Onun sözlərinə görə, nəticədə belə məhkəməsiz divanlarda minə yaxın adam öldürülüb. Duterte özü isə əvvəllər cinayətkarların öldürülməsində iştirakını təkzib edib.
Filppin prezidenti Rodriqo Duterte vəzifəsinin icrasına iyunun 30-da başlayıb. Onun seçkiqabağı proqramında, o cümlədən vədlərində ölkədəki narkotik ticarətə qalib gəlmək vədi də var. O, qeyd edib ki, bu məqsədinə çatmaqdan ötrü istənilən vasitədən istifadə edəcək.
Onun iki aylıq prezidentliyi zamanı məhkəməsiz divanlar nəticəsində ölkədə 2 mindən çox ehtimal edilən narkotik aludəçisi və narkotik alverçisi öldürülüb. Dutertenin bu kampaniyası müxalifətin tənqidinə məruz qalıb, onlar prezidenti qorxu atmosferi yaratmaqda, istənilən qətlin narkotik ticarəti ilə əlaqələndirilməsinin mümkünlüyünü vurğulayıblar.
Modern.az