Modern.az

Ermənistanın ilk baş naziri: Qarabağda müharibə başlasa, müdafiə naziri olaram

Ermənistanın ilk baş naziri: “Qarabağda müharibə başlasa, müdafiə naziri olaram”

15 Sentyabr 2016, 13:37

Ermənistanın ilk baş naziri, “Milli-demokratik ittifaq” partiyasının rəhbəri və İctimai şuranın sədri Vazgen Manukyan yalnız Qarabağda müharibə başlayacğı təqdirdə müdafiə naziri postunu tutmağa razıdır. Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, Manukyan bu mənalı bəyanatı sentyabrın 15-də jurnalistlərə açıqlayıb.

O, bunu “müdafiə Müdafiə Nazirliyinə rəhbərlik etməklə bağlı təklif gələrdisə, buna razılaşardımı” sualına cavabında deyib.

 

“Köçəryanla bir dəfə bu haqda söhbət olub. Mən demişəm – yalnız müharibə başlasa, müdafiə naziri olaram, əgər müharibə yoxdursa, nazir olmayacağam”, - Vazgen Manukyan vurğulayıb.

 

 Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!