Modern.az

AZAL-dan “Samsung Galaxy Note 7” istifadə edənlərə XƏBƏRDARLIQ

AZAL-dan “Samsung Galaxy Note 7” istifadə edənlərə XƏBƏRDARLIQ

15 Sentyabr 2016, 14:51

Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) tövsiyələrinə əsasən "Azərbaycan Hava Yolları" QSC (AZAL) sərnişinlərdən uçuş zamanı "Samsung Galaxy Note 7" smartfonlarını istifadə etməməyi və enerji şəbəkəsinə qoşmamağı xahiş edir.

 

Bu barədə Modern.az-a AZAL-ın mətbuat xidmətindən məlumat verilib.

 

Məlumata görə, bu model smartfonun həmçinin qeydiyyatdan keçirilən baqajda daşınması da qadağandır.

 Məhdudiyyətlər "Samsung Galaxy Note 7" smartfonlarının alışması halları ilə əlaqədar olaraq geri çağırılması barədə "Samsung" şirkətinin bu yaxınlarda verdiyi məlumatlar ilə bağlıdır.

 

"Samsung Galaxy Note 7" smartfonları ilə səyahət edən sərnişinlər təyyarənin göyərtəsində smartfonun zədələnməsi, qızması və ya itməsi halında hava gəmisinin heyətinə dərhal məlumat verməlidirlər.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mehdiyev rus ordusunu Bakıda qarşılayacaqdı