2016-cı ilin yanvar-avqust aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 38027,8 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,1 faiz az ümumi daxili məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, azalmanın əsas səbəbi tikinti sektorunda istehsalın keçən ilin eyni dövrü ilə müqayisədə 32,3 faiz azalması olub.
Əlavə dəyərin 38,0 faizi sənayedə, 11,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 9,4 faizi tikinti, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və rabitə, 16,4 faizi isə digər sahələrdə istehsal edilmişdir. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,3 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 3953,0 manata bərabər olub.
Gülşən RAUFQIZI