Modern.az

Putin Bişkekdəki MDB sammitinə 2 saat gecikir

Putin Bişkekdəki MDB sammitinə 2 saat gecikir

16 Sentyabr 2016, 14:27

Bişkekdə keçirilən MDB Dövlət Başçıları Şurasının iclası planlaşdırılan vaxtdan 2 saat gec başlayacaq.

 

Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, buna əsas səbəb Rusiya prezidenti Putinin iclasa gecikməsi olub.

 

Qırğızıstan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, Putinin gecikməsinə səbəb pis hava şəraitidir.

 

Xatırladaq ki, artıq digər ölkə liderləri, o cümlədən prezident İlham Əliyev də iclasda iştirak etmək üçün bu ölkədə səfərdədir.

 

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!