Modern.az

Hesablama Palatası yoxladı, 6 milyondan çox vəsait dövlət büdcəsinə qaytarıldı - ÖZƏL

Hesablama Palatası yoxladı, 6 milyondan çox vəsait dövlət büdcəsinə qaytarıldı - ÖZƏL

İqtisadiyyat

16 Sentyabr 2016, 17:24

“2016-cı ilin birinci yarısında nəzarət tədbirləri nəticəsində, dövlət büdcəsinin gəlir və xərcləri üzrə-müvafiq olaraq 2,5 milyon manat və 3,8 milyon. manat məbləğində vəsait, ümumilikdə 6,3 milyon. manat məbləğində vəsait dövlət büdcəsinə, 23,5 min manat məbləğində vəsait büdcədənkənar fondun büdcəsinə bərpa edilib”.

 

Bu haqda Hesablama Palatasının mətbuat xidmətinin rəhbəri Nailə Qazıyeva Modern.az-ın sorğusuna cavab olaraq bildirib.

 

Məlumatda qeyd olunub ki, 2016-cı ildə fəaliyyət üzrə hesabat qanunvericiliklə müəyyən edilmiş qaydada Milli Məclisə təqdim edildikdən və müvafiq qaydada müzakirə olunduqdan sonra Palatanın internet səhifəsində yerləşdiriləcək.

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal