Modern.az

Səudiyyə Ərəbistanı Yəmənin mülki obyektlərinə aviazərbələr endirir

Səudiyyə Ərəbistanı Yəmənin mülki obyektlərinə aviazərbələr endirir

16 Sentyabr 2016, 23:46

Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinin Yəməndə endirdiyi aviazərbələrin 1/3 hissəsinin hədəfi mülki obyektlərdir. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Guardian" qəzeti yazıb.

Tədqiqatçıların sözlərinə görə, Səudiyyə Ərəbistanı təyyarələri məktəb, xəstəxana, bazar, məscid və təsərrüfat obyektlərinə hücum edirlər.

Məruzənin hazırlanmasında alimlər, hüquq müdafiəçiləri və fəallar iştirak ediblər.

Beləliklə, "The Guardian"ın yazdığına görə, tədqiqatların nəticələri Səudiyyə hakimiyyətinin Yəməndə mülki əhali arasında itkilərin sayını azaltmağa çalışdığı barədə bəyanatları ilə ziddiyyət təşkil edir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!