Modern.az

İtaliyadakı zəlzələdə ölənlərin sayı 297 nəfərə çatıb

İtaliyadakı zəlzələdə ölənlərin sayı 297 nəfərə çatıb

17 Sentyabr 2016, 00:48

İtaliyada zəlzələ nəticəsində dünyasını dəyişənlərlə bağlı son məlumat açıqlanıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, son məlumata görə zəlzələdə ölənlərin sayı 297 nəfərə çatıb. Məlumata görə, bu gün zəlzələ zamanı ağır xəsarət alan daha 2 nəfər xəstəxanada vəfat edib.

 

Qeyd edək, avqustun 23-nə keçən gecə İtaliyanın mərkəzi hissəsində 6,2 bal gücündə  zəlzələ baş verib. Latsio, Umbriya və Marka vilayətlərində ciddi dağıntılar baş verib.   

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!