Somalinin paytaxtı Moqadişoda partlayış nəticəsində general və onun bir neçə mühafizəçi öldürülüb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, kamikadze partlayıcı maddə olan avtomobili general Mohamed Cimala Qubaalanın kortejinə tərəf sürüb.
Hadisə ölkənin müdafiə nazirliyinin binasına yaxınlıqda baş verib.
Somalinin yüksək vəzifəli hərbçisinin qətlinə görə cavabdehliyi “Al-Şabab” qruplaşması üzərinə götürüb.
Modern.az