Modern.az

Klinton Trampı 2 faiz qabaqlayır

Klinton Trampı 2 faiz qabaqlayır

18 Sentyabr 2016, 23:16

ABŞ prezidentliyinə Demokratik Partiyasından namizəd Hillari Klinton rəqibini, respublikaçıların namizədi Donald Trampı 2% qabaqlayır. Modern.az saytı xəbər verir ki, “Morning Consult” şirkəti tərəfindən keçirilmiş son sorğuya əsasən, Klinton seçicilərin səsinin 42 faizini, Tramp isə 40 faizini toplaya bilər.

 

Rəy sorğusu sentyabrın 15-16-da keçirilib. Xatırladaq ki, ABŞ-da bu il noyabrın 8-də növbəti prezident seçkiləri keçiriləcək.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!