Modern.az

Azərbaycandan getmək Bəxtiyar Hacıyevə yasaq edildi

Azərbaycandan getmək Bəxtiyar Hacıyevə yasaq edildi

19 Sentyabr 2016, 10:05

Tanınmış bloqqer, ictimai-iyasi fəal Bəxtiyar Hacıyev bu gecə ölkə xaricinə getmək istəyərkən aeroportda saxlanılıb və ona, ölkədən çıxmasının yasaq olduğu bildirilib.

 

Bu barədə Bəxtiyar Hacıyev sosial şəbəkədəki səhifəsində yazıb. Modern.az xəbər verir ki, musavat.com B.Hacıyevin statusunu təqdim edib:

 

"Ölkədən çıxışıma qadağa olduğunu deyib buraxmırlar məni hava limanından. ATƏT-in HDIM illik toplantısında iştirak üçün Varşavaya gedirdim. Qadağanın kim tərəfindən və hansı əsasla qoyulduğu deyilmir. Gözləyirəm hələ görək, axırı nə olur?"

 

Daha sonra B.Hacıyev məsələnin mabədi haqda məlumat verib:

 

"Buraxmadılar ölkədən. Heç bir məlumat vermədilər ki, niyə və kim tərəfindən qoyulub qadağa. Hava limanına girəndən bir DİN zabiti izləyirdi. Bilərəkdən aşağı, yuxarı getdim, sağa-sola, o da uzaqdan arxamca... Nəyə nail olmaq istəyirlər, nə etmək istəyirlər? Səhər açılsın görək...".

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir