Rusiya prezidenti Vladimir Putinin cangüdəni Aleksey Dyumin Tula vilayətinin qubernatoru olub.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o, dünən keçirilən seçkilərdə səslərin 84,17%-ni toplayıb.
Rusiya Kommunist Partiyasının namizəd Oleq Lebedev 7,53%, Rusiyanın Kommunistləri partiyasının namizədi Oleq Veselov isə 3,41% səs toplayıb.
Qeyd edı kki, Aleksey Dyumin 2012-ci ilə qədər prezidentin təhlükəsizlik xidməti rəisinin müavini olub. Sonradan Vladimir Putin keçmiş cangüdənini Rusiya müdafiə nazirinin müavini təyin etmişdi.
Vüqar İSMAYILOV