Modern.az

İqtisadçıdan həyəcanlı PROQNOZ

İqtisadçıdan həyəcanlı PROQNOZ

İqtisadiyyat

19 Sentyabr 2016, 12:24

 

İqtisadçı Qubad İbadoğlu ümumi daxili məhsulla (ÜDM) bağlı fikirlərini bölüşüb. Modern.az xəbər verir ki, iqtisadçı alim son 2 ildə adambaşına düşən ÜDM-in 4000 dollardan çox azaldığını bildirib.

 

“Dövlət Statistika Komitəsinin (DSK) bu ilin ilk 8 ayına olan son məlumatlarına görə, ölkədə ÜDM 3,1 faiz, o cümlədən qeyri-neft ÜDM-i daha çox 5,8 faiz kiçilib. Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozuna görə, 2016-cı ildə Azərbaycanda iqtisadi eniş 2,4 faiz olacaq.

 

“BVF-nin digər proqnozuna görə, 2016-cı ildə dünya iqtisadi orta hesabla 3,1 faiz, inkişaf etmiş ölkələrin iqtisadiyyatı 1,8 faiz, inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatı isə 4,1 faiz böyüyəcək. Beləliklə də 2016-cı ildə Azərbaycanda iqtisadi artım dünyadaki inkişafdan geri qalacaq”. 

 

Ekspert qeyd edib ki, BVF-nin hesablamalarına görə, Azərbaycanda 2016-cı ildə ABŞ dolları ilə ifadə olunan nominal ÜDM 35 milyard 686 milyon dollar təşkil edəcək. Bbu da 2014-cü ilin müvafiq göstəricisindən (75 milyard 254 milyon dollardan) 2,1 dəfə və ya 39 milyard 568 milyon dollar azdır.

 

“Bu o deməkdir ki, son 2 ildə Azərbaycanda adambaşına düşən ÜDM 4 min ABŞ dollarından çox azalıb. İqtisadi qanunauyğunluğa görə, pis idarə olunan, iqtisadiyyatı korrupsiyalaşmış ölkələrdə ÜDM-in artımından kiçik bir qrup bəhrələnirsə, onun azalmasında daha çox əziyyət çəkən böyük yoxsullar ordusu olur. Eynən bizdəki kimi''.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal