İran Xarici İşlər Nazirliyi, ABŞ-ın Suriyanın Deyr-ey Zor şəhərində Suriya ordusuna aid hərbi bazanı hədəf almasını şiddətlə qınayıb.
Verilən yazılı açıqlamada, “bu hücum, ABŞ-ın İŞİD-i dəstəklədiyini göstərmiş oldu” ifadələrindən istifadə edilib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, açıqlamada hücumun Suriyanın müstəqillik haqlarının pozulduğu bildirilib.
Hücumun, Birləşmiş Millətlər (BM) Təhlükəsizlik Şurasına üzv bir ölkə tərəfindən edilməsi, beynəlxalq üsul və cavabdehliklərə qarşı bir hərəkətdir” – deyə XİN-nin açıqlamasında deyilir.
Qafar Ağayev