Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bugünkü mətbuat konfransı zamanı bəyan edib ki, dünyanın heç bir ölkəsi islamçı Fəthullah Gülənin gizlənə biləcəyi yer ola bilməz.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, onun fikrincə, dövlət çevrilişinə cəhdin təşkilatçılığında günahkar hesab olunan Gülən yubanmadan məhkəmə qarşısında dayanmalıdır.
“Mənim müraciətim BMT Baş Assambleyasının iştirakçılarını iyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhdlə bağlı dünyanı ən yaxşı şəkildə məlumatlandırmaq üçün ən yaxşı vasitə olacaq. Fəthullah Gülənin terrorçuluq fəaliyyəti nəticəsində 241 günahsız adamın qanı tökülüb”, - dövlət başçısı qeyd edib.
Ərdoğan onu da qeyd edib ki, Türkiyə indi bir tərəfdən hərbi çevrilişin fəsadlarını aradan qaldırır, digər tərəfdən İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının Suriyadakı yaraqlılarına qarşı əməliyyat aparır.
Modern.az