Modern.az

Fransa Senatı “erməni soyqırımı”nın inkarını kriminallaşdıran qanunu RƏDD ETDİ

Fransa Senatı “erməni soyqırımı”nın inkarını kriminallaşdıran qanunu RƏDD ETDİ

Dünya

19 Sentyabr 2016, 16:55

Fransa Senatı “erməni sıyqırımı”ı ilə bağlı növbəti qanunu müzakirə edərkən “soyqırımının inkarı”na görə cinayət məsuliyyətini nəzərdə tutan maddəni layihədən çıxarıb.

 

Modern.az Ermənistan KİV-nə isitnadən xəbər verir ki, Senatın bərabərlik və vətəndaşlıqla bağlı xüsusi komissiyası qanun layihəsində “erməni soyqırımı”nı kriminallaşdıran müddəanı Fransanın demokratik ənənələrinə və fikir azadlığına zidd sayaraq mətndən çıxarıb.

 

Beləliklə, Fransa konstitusiyasına görə layihə yenidən ölkə parlamentinə geri qaytarılıb.

 

Xatırladaq ki, qanun layihəsi “erməni soyqırımı”nın inkarına görə 1 ilə qədər həbs yaxud 45 min avroya qədər cəriməni nəzərdə tuturdu.

 

Vüqar İSMAYILOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!