Modern.az

Rusiyada prezidentliyə ilk namizədin adı məlum oldu

Rusiyada prezidentliyə ilk namizədin adı məlum oldu

19 Sentyabr 2016, 17:18

Sankt-Peterburqun qanunverici orqanındakı “Yabloko” fraksiyasının rəhbəri Qriqori Yavlinski prezident seçkilərində namizədliyini irəli sürəcəyini bəyan edib.

 

Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, siyasətçinin sözlərinə görə, Dövlət Dumasına seçkilərdəki uğursuzluq onun prezident kürsüsü uğrunda mübarizəsinə heç cür təsir göstərə bilməz.

 

“Hesab edirik ki, bizim partiya prezident seçkilərində ən fəal iştirakçılardan biri olacaq. Bunun mənim  namizədliyimlə olması da mümkündür. Qısaca desək, mən bu gün “Yabloko” partiyasının prezidentliyə namizədiyəm. Bu, namizəd olmaq mənim indiki borcumdur. Bu günə hələ ki mövqe dəyişməyib”, - Yavlinski söyləyib.

 

Sentyabrın 18-də Rusiya Dövlət Dumasına keçirilən seçkilərdən sonra məlum olub ki, “Yabloko” 1,48 faiz səs toplayıb. Bu isə partiyanın parlamentə yer almasına kifayət etmir.

 

           Modern.az

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!