Modern.az

BMT və Qırmızı Xaç Komitəsinin maşın karvanı bombalandı: 12 ölü

BMT və Qırmızı Xaç Komitəsinin maşın karvanı bombalandı: 12 ölü

20 Sentyabr 2016, 09:50

Suriyada BMT və Suriya Qırmızı Aypara Cəmiyyətinin humanitar yardım daşıyan maşın karvanı Amerika aviasiyasının zərbələrinə tuş gəlib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Hələb və Homsda 160 mindən artıq insana yardım daşıyırdı.

 

BMT-nin məlumatına görə hücuma 31 yük maşınından 18-i məruz qalıb.

 

Suriya İnsan Haqlarının Monitorinqi İnstitutu hava hücumu zamanı 12 nəfərin həlak olduğunu deyib.

 

Artıq Dövlət Departamentinin rəsmisi Con Kirbi faktla bağlı dərin hiddətini bildirib və maşın karvanının marşrutunun Suriya və Rusiya tərəflərinə məlum olduğunu diqqətə çatdırıb.

 

Onun sözlərinə görə insdetndən sonra Amerika tərəfi Rusiya ilə Suriya münaqişəindəki tərəfdaşlıq perspektivinə yenidən baxacağını deyib.

 

 

Vüqar İSMAYILOV    

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!