Modern.az

Türkiyənin baş naziri İlham Əliyevə təşəkkür etdi  

Türkiyənin baş naziri İlham Əliyevə təşəkkür etdi   

20 Sentyabr 2016, 21:04

"Fətullahçı terror təşkilatına (FETÖ) qarşı ilk ən sərt reaksiya verən dost və qardaş Azərbaycan oldu. Bu ölkə indi təşkilatın bütün əlaqələrini bir-bir ortaya çıxarır, məktəblərini bağlayır".

 

Modern.az saytı xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.

 

"Bizim bu sahədə Azərbaycan ilə çox gözəl iş birliyimiz var. Buna görə türk milləti adından Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirik. Azərbaycan ilə Türkiyə bir millət, iki dövlətdir", - deyə baş nazir vurğulayıb.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!